Əsəd rejimi tərəfindən Suriyanın İdlib şəhərinə endirilən aviazərbələr nəticəsində 3 mülki şəxs ölüb.
Axar.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.Bildirilib ki, Nikayir kəndinin bombalaması nəticəsində bir ailədən 3 uşaq həyatını itirib.
Gün ərzində də İdlib və ətraf qəsəbələrin artilleriya hücumuna məruz qaldığı bildirilib.
Xatırladaq ki, bu il ərzində Əsəd və dəstəkçilərinin hücumları nəticəsində 700-ə yaxın insanın həlak olduğu, 4 mindn çox insanın yaralandığı bildirilmişdi.