Türkiyədən kütləvi yəhudi köçü başladı – Səbəb

Türkiyədən kütləvi yəhudi köçü başladı – Səbəb backend

Son iki ildə Türkiyədə yaşayan iki mindən çox yəhudi Portuqaliyada vətəndaşlıq almaq üçün müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Portuqaliyanın Ankaradakı səfiri Paula Leal da Silva danışıb.

Onun sözlərinə görə, son 2 ildə dünyanın fərqli yerlərindən 12 minə yaxın yəhudi Portuqaliyada vətəndaşlıq almaq istəyib: “Onların arasında Türkiyə yəhudiləri çoxluq təşkil edir”.

Səfir deyib ki, hazırda Türkiyədə 17 min civarında yəhudi yaşadığı təxmin olunur.

Qeyd edək ki, yəhudilər 500 il əvvəl üzləşdikləri təzyiqlər səbəbindən Portuqaliya və İspaniya arasında olan İber Yarımadasından ayrılaraq İtaliya, Balkanlar, Türkiyə və Şimali Afrikaya köç edib. Həmin dövrdə Osmanlı İmperiyası yəhudilərin ölkədə yaşamasına icazə verib.

1948-ci ildə İsrail dövləti qurulduqda Türkiyədən çoxsaylı yəhudi ailələri İsrailə köçüb.

Son illər Türkiyənin İsraillə münasibətlərində ciddi soyuqluq müşahidə olunur.