Türkiyə prezidenti Qurandan bəzi ayələrin çıxarılması ilə bağlı təklifə sərt reaksiya verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransada 300 siyasətçinin Qurandan bəzi ayələrin çıxardılması ilə bağlı verdiyi təklifə sərt reaksiya verib.Real TV xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının iclasında danışan Ərdoğan fransalıların bu açıqlamasını “biabırçılıq” adlandırıb:
“Fransada həddini bilməyən bir qrup Qurandan bəzi ayələrin çıxarılmasını təklif edib. Görəsən onlar öz kitablarını – İncili, Tövratı, Zəburu oxuyublarmı? Oxusalar yəqin ki, öz kitablarının da qadağan olunmasını tələb edərlər. Bilin ki, siz bizim müqəddəs kitablarımıza təcavüz etdiyiniz kimi, biz sizin kitablarınıza hücum çəkməyəcəyik. Amma sizi rüsvay edəcəyik. Biz sizin nə qədər alçaq olduğunuzu bilirik”.
Qeyd edək ki, Fransada, aralarında keçmiş prezident Nikola Sarkozi, sabiq baş nazir Manuel Vallsın da olduğu üç yüzə qədər siyasətçi və yazar Qurandan bəzi ayələrin çıxarılması haqqında tələb irəli sürüb. Buna əsas kimi isə "müqəddəs kitabda yəhudilərə qarşı düşmənçiliyin yayıldığı" göstərilib.