Yunanıstan bu qərarla tarixə düşdü

Yunanıstan bu qərarla tarixə düşdü backend

Maliyyə problemləri yaşayan Yunanıstan hökuməti xarici ölkələrdəki səfirliklərdən və konsulluqlardan istifadə edilməyən pulları təcili olaraq Afinaya göndərməyi tələb edib.

Axar.az xəbər verir ki, Yunanıstan Xarici İşlər nazirliyinin səfirliklərə göndərdiyi sənəddə istifadə olunmayan pulların və viza xidmətlərindən əldə edilən gəlirlərin bank vasitəsilə Afinaya göndərilməsi, bu əməliyyatların gecikməsi halında isə diplomatik kuryer vasitəsilə çatdırmaları istənilib.

Ölkənin “To Vima” qəzeti isə belə bir hadisənin ölkədə ilk dəfə baş verdiyini yazıb.
Diaspora