Putinin yeni limuzini

Putinin yeni limuzini backend

Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putin Böyük Kreml Sarayında keçirilən inauqurasiya mərasiminə yeni “Kortej” layihəsi əsasında hazırlanan avtomobilində gəlib.

Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Avtomobilin əsas xarakterik xüsusiyyəti onun qabaq hissəsində böyük gümüşü çərçivənin olmasıdır.

“Kortej” layihəsində dövlətin birinci şəxsləri üçün vahid modul platformasında avtomobil ailəsinin (limuzin, sedan və miniven) yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, dövlət başçısının bundan əvvəlki avtomobili “Mercedes” olub.