Türkiyə "S-400" raketləri ilə bağlı ABŞ-a sərt xəbərdarlıq edib

Türkiyə "S-400" raketləri ilə bağlı ABŞ-a sərt xəbərdarlıq edib backend

“ABŞ embarqo qoyarsa cavabını verərik. “F-35” qırıcılarının satışının ləğv edilməsi qəbul olunası bir qərar deyil, əgər ləğv edilərsə cavablarını alacaqlar”.

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib.

O bildirib ki, gələn həftə ABŞ-a gedərək rəsmi görüşlər keçirəcək.

Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell aprel ortalarında verdiyi açıqlamada Ankaranın Rusiydan S-400 zenit-raket kompleksləri alması Türkiyənin “F-35” qırıcılarının almasına mənfi təsir göstərə bilər.