Rusiyada 1300-dən çox aksiyaçı saxlanılıb

Rusiyada 1300-dən çox aksiyaçı saxlanılıb backend

Saxlanılanlar məsuliyyətə cəlb ediləcək

Rusiyada keçirilən razılaşdırılmamış aksiyalarda 1300-dən çox etirazçı saxlanılıb.Yerli vaxtla saat 19:00-dək ölkənin 21 şəhərində 1348 nəfər saxlanılıb. Daha dəqiq Moskvada 592 , Çelyabinskdə 164 və Sankt-Peterburqda isə112 nəfər təşkil edir.

Rusiyanın Daxili İşlər Nazirliyinin Baş İdarəsindən bildirilib ki, saxlanılanlar məsuliyyətə cəlb ediləcək.

Moskva meriyası mayın 5-də aksiyanı Saxarova prospektində keçirməyi təklif edib. Lakin təşkilatçılardan biri – Aleksey Navalnıy tərəfdarlarını Tversk küçəsində razılaşdırılmamış aksiyaya çıxmağa çağırıb. (Real.TV)