Bu, TRT-yə son xəbərdarlığımdır... - Ərdoğanın rəqibi

Bu, TRT-yə son xəbərdarlığımdır... - Ərdoğanın rəqibi backend

İlk mitinqimin özəl kanallarla yanaşı, dövlət kanalı olan TRT-də yayımlanmamasından dolayı, onlara son xəbərdarlığımı edirəm.

Axar.az xəbər verir ki, bu açıqlama ilə CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə çıxış edib.

İncə ötən gün keçirdiyi mitinqdə televiziya kanallarından narazılığını bildirib: "Bu gün Yalovada mitinq keçirdik. Mən Yalovada 40 ildir ki, belə izdiham görməmişdim. Amma TRT də mitinqi görməyib. Bu son xəbərdarlığımdır, bir daha xəbərdarlıq etməyəcəyəm. TRT 80 milyonundur".