“Rusiya “Cənub axını”nın dayanmasına baxmayaraq, Serbiyaya qaz ixracını artırmaq istəyir”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çıxış edib. Onun sözlərinə görə, məhz Brüsselin ucbatından “Cənub axını” layihəsi bağlandı:“İstənilən maneəyə baxmayaraq, bizim enerji əməkdaşlığımız artacaq. Biz yaxın zamanlarda Serbiya ilə böyük proyektlərə başlayacağıq ki, bu da əhalinin yaşayış səviyyəsini qaldıracaq”.
Qeyd edək ki, Serbiya indiyə qədər Rusiyaya qarşı heç bir sanksiyaya qoşulmayıb. Bundan əlavə, rəsmi Belqrad Moskvanın Avropa daxilindəki hələlik ən yaxın partnyoru hesab edilir.