Misir Suriyaya ORDU GÖNDƏRİR

Misir Suriyaya ORDU GÖNDƏRİR backend

Misirin Xarici İşlər naziri Sami Şükrü digər ölkələrlə birlikdə Suriyaya əsgər göndərilməsi məsələsinin müzakirə edildiyini açıqlayıb.

Muxalifət.az xəbər verir ki, bu barədə Misirin “Əl-Əhram” nəşri yazıb.
Şükrü bölgədəki mövcud birliklərin yerinə ərəb qüvvələrinin keçməsinin böyük bir ehtimal olduğunu söyləyib.

Xatırladaq ki, ABŞ Suriyanın şimalında bölgəni tərk edəcək hərbçilərinin əvəzinə ərəb qüvvələrin yerləşdirilməsi barədə planlarını aprel ayında açıqlamışdı.