İrəvan çətin günlər yaşayır, Qarabağ isə... - Zaxarova

İrəvan çətin günlər yaşayır, Qarabağ isə... - Zaxarova backend

Qarabağla bağlı danışıqların intensifikasiyası Ermənistandakı daxili siyasi situasiyanın stabilləşməsindən sonra mümkün olacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Ermənistan hazırda çətin siyasi dövr yaşayır. Məncə, siyasi sferada situasiya yekun olaraq stabilləşənə qədər gözləmək lazımdır”, – deyə o bildirib.

O, Rusiyanın bundan sonra da tərəflərə bu istiqamətdə yardım edəcəyini deyib.