Ermənistan ordusunun əsgəri ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mayın 4-nə keçən gecə saat 01:10 radələrində şimal-şərq istiqamətində yerləşən döyüş postunda 1998-ci il təvəllüdlü əsgər Artur Qasparyanın meyiti aşkar edilib.Onun başından aldığı güllə yarasından öldüyü məlum olub. Hazırda faktla bağlı araşdırma aparılır.