Ukrayna Türkiyə ilə birgə yeni An-188 hərbi nəqliyyat təyyarəsi hazırlayacaq.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukraynanın “Antonov” dövlət müəssisəsi yayıb. Müəssisə bu qərarın Antalyada keçirilən Avrasiya-2018 beynəlxalq sərgisində verildiyini bildirib.Qeyd edək ki, An-188 Rusiya-Ukrayna istehsalı olan An-70-in yeniləndirilmiş versiyasıdır. Bu təyyarədə Rusiyaya məxsus detallar Qərb istehsalı olan detallarla əvəz ediləcək.