ABŞ Suriyanın şimalında - PYD/YPG terror təşkilatlarının fəaliyyət göstərdiyi bölgələrdə ərəblərdən ibarət nəhəng ordu qurmağa hazırlaşır.
Öz hərbi bazası olacaq ordu barədə planın icrasına yaxın həftələrdə başlanılacaq.Teleqraf.com xəbər verir ki, Rusiya KİV-də yer alan məlumatlarda ABŞ-ın Səudiyyə Ərəbistanının liderliyindəki Ərəb koalisiyası ilə Suriyanın şimalında və Fərat çayının şərqində yeni ordunun qurulması barədə razılaşma əldə etdiyi bildirilir. Səudiyyə ilə yanaşı Misir və İordaniyanın bu plan çərçivəsində Şimali Suriyaya ordu göndərmək barədə qərar verdiyi diqqətə çatdırılır.
Qeyd edək ki, ABŞ yaxın günlərdə kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri (SDQ) ilə birgə İŞİD terror təşkilatının Suriyadakı son mövqelərinə qarşı hərbi əməliyyatlara başlacağını açıqlayıb. Rəsmi Vaşinqton əməliyyatlara dəstək vermək üçün Türkiyəyə də müraciət edib.
Türkiyədən qarşı tərəfə cavab verilməmiş SDQ Deyr əz-Zorda İŞİD-in mövqelərinə qarşı əməliyyatlara başlayıb. Digər yandan isə Humus və Hamada əməliyyatlar davam etdiyi vaxt, Bəşər Əsəd rejimi ilə cihadçı qruplaşmalar arasında təxliyyə barədə anlaşmanın əldə edildiyi barədə məlumat yayılıb.