Avropa: “Müharibə qapımızın kandarındadır”

Avropa: “Müharibə qapımızın kandarındadır” backend

“Ukrayna müharibəsi Avropa ölkələrini xarici siyasətdə birləşdirdi”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Avropa Parlamentinin sədri Martin Şults çıxış edib.

Onun sözlərinə görə, Ukrayna böhranı Avropanın astanasında olan savaşdır:

“Məhz bu savaşa görə Avropa milli hökumətləri öz şəxsi maraqlarını kənara qoyaraq, bir yerdə birləşiblər. Hələlik heç bir ölkə bu birliyi pozmayıb. Bu isə uğurdur. Maydanda ukraynalılar Avropa bayrağı qaldırmışdılar. Bütün dünyadakı insanlar üçün Avropa insan şərəfinin müdafiə olunduğu məkandır. Avropa yaxşı gələcəyə ümid deməkdir”.
Diaspora