“Türk torpağı uğrunda savaş faciəyə çevriləcək”

“Türk torpağı uğrunda savaş faciəyə çevriləcək” backend

“Krım müharibə yolu ilə azad olunmamalıdır”.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Krım tatarlarının lideri Mustafa Cəmilov çıxış edib.

Onun sözlərinə görə, əgər Krım uğrunda müharibə olsa, o zaman bu, bütün dünya üçün faciə olacaq:

“Bizdə informasiya var ki, Krımda nüvə obyektləri restavrasiya edilir. Məhz buna görə müharibə bütün dünya üçün faciəyə çevrilə bilər. Digər bir tərəfdən isə əgər Ukrayna hücuma keçsə, o zaman ilk xəsarət alanlar məhz Krım tatarları olacaq. Hazırda yarımada ərazisində qalan tatarlar bir sıra çətinliklərlə üz-üzədir. Biz keçən əsrin 50-ci illəri ilə yenidən qarşı-qarşıyayıq. O zaman yad fikirlərə görə hər kəsi tuturdular. Həmin vədələr standart ittihamlar var idi, lakin indi insanlar sadəcə xəbərsiz yox olurlar”.
Diaspora