Sosial şəbəkədəki səhifələrın paylaşım pəncərəsi bağlanıb
Facebook şirkəti sosial şəbəkədəki səhifələrdə paylaşımları dayandırıb.Real TV xəbər verir ki, səhifələrdə paylaşım üçün nəzərdə tutulmuş pəncərə bağlanıb.
Bu problem təxminən saat 11 radələrində yaranıb. Facebook səhifəsində yalnız telefondan paylaşım etmək mümkündür.
Paylaşımların dayandırılmasının Facebook şirkəti tərəfindən həyata keçirildiyi və ya texniki problem olduğu hələlik bilinmir.
Şirkət məsələ ilə bağlı heç bir xəbərdarlıq etməyib, açıqlama verməyib.