“Türkiyəyə minnətdarıq” - NATO-nun baş katibi

“Türkiyəyə minnətdarıq” - NATO-nun baş katibi backend

“Türkiyənin əhəməyyətini başa düşmək üçün xəritəyə baxmaq lazımdır”.

“Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

O vurğulayıb ki, alyansın sərhədləri yaxınlığında münaqişə və zorakılıq ocaqları var: “Türkiyənin əhəmiyyətini anlamaq üçün NATO-ya üzv dövlətlərə təhlükə yaradan zorakılığın yaşandığı İraq və Suriyaya qonşu olan strateji ərazidə yerləşdiyini görmək kifayətdir”.

Baş katib terrorçu İŞİD qruplaşmasının məğlub olunmasında oynadığı mühüm rola görə Türkiyəyə minnətdarlıq edib: “Türkiyə ən çox terrordan zərər görən NATO üzvüdür. Təbii ki, onun özünü müdafiə haqqı var. Ancaq bu mütənasib şəkildə aparılmalıdır”.