Aeroport yolu nə vaxt açılacaq?

Aeroport yolu nə vaxt açılacaq? backend

Bu gün səhər saatlarından yolun bağlanan hissəsində asfaltlama işləri həyata keçirilir


Heydər Əliyev prospektinin metronun "Koroğlu" stansiyasının qarşısından Sabunçu körpüsü istiqamətində hərəkət məhdudlaşdırılıb. Məhdudiyyət təmir işləri ilə əlaqədardır.

Məhdudiyyət Heydər Əliyev prospektinin “Sabunçu” və “Böyük Şor” yol qovşağı arasında yerləşən hissəsində Olimpiya stadionu, Olimpiya şəhərciyi, Ziya Bünyadov və Qara Qarayev prospektinə doğru gedən yolların giriş hissələrində tətbiq edilib.

Bu gün səhər saatlarında yolun bağlanan hissəsində asfaltlama işləri həyata keçirilir.

Asfalt qatı çəkildikdən sonra yol cizgi xətlərinin çəkilməsinə başlanacaq. Təmirlə bağlı Heydər Əliyev prospektinin hərəkət hissəsi daraldığından yolda sxlıq yaranıb

Sıxlıq həmçinin Dərnəgül istiqamətindən gələn körpüdə də müşahidə edilir. Hərəkəti tənzimləmək üçün əraziyə yol patrul xidmətinin bir neçə briqadası cəlb olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yolda aprılan təmir işləri gecə saatlatında yekunlaşdırılacaq və yol səhər tam istifadəyə veriləcək.