Kremlə bağlı erməni oliqarx təkzib yaydı - Paşinyana dəstək...

Kremlə bağlı erməni oliqarx təkzib yaydı - Paşinyana dəstək... backend

Rusiya Erməniləri İttifaqı Ermənistan əhalisinə müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, müraciətdə ittifaq Nikol Paşinyanın mövqeyini dəstəklədiyini bildirib. İttifaq hakimiyyətin Paşinyana verilməsilə Ermənistandakı böhranın həll ediləcəyini bildirib.

Qeyd edək ki, Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan hesab edilir. Abramyan birbaşa Kremlin diktəsi ilə hərəkət edir. O, Rusiya Xarici İşlrə naziri Sergey Lavrovla sıx əlaqələrə sahibdir. Abramyanın Serj Sərkisyanla münasibətləri son 2 ildə pisləşib. Buna görə də Abramyan parlament seçkisində Sərkisyanın rəqiblərinə dəstək olmağa cəhd edib.

***

Rusiya Erməniləri İttifaqı bir müddət öncə Nikol Paşinyanın dəstəklənməsiylə bağlı yaydığı bəyanatın təşkilata aid olmadığını bildirib.

Təşkilat yayılan məlumatın spekulyasiya xarakteri daşıdığını və təşkilatın mövqeyini ifadə etmədiyini açıqlayıb.