Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin konfransındakı ilk çıxışından sonra mətbuat nümayəndələrinin qarşısına çıxıb.
O, Türkiyənin Rusiyadan alacağı S-400 hava hücumundan müdafiə sistemləri barəsində belə deyib: “Ankara səfərimdə də bu barədə danışmışdıq. Türkiyə ilə ABŞ arasında bu məsələ barəsindəki dialoqu dəstəkləyirik”.“Rusiya ilə münasibətlərimizdə fərqli bir vəziyyətlə qarşı-qarşıyayıq. Biz soyuq müharibə dövründə deyilik, ancaq soyuq müharibədən sonrakı strateji ortaqlıq inşa eləməyə çalışdığımız dövrdə də deyilik”. Stoltenberq NATO müttəfiqlərinin Rusiyaya qarşı birlik içərisində olması zərurətindən və qətiyyətlə hərəkət eləməli olduqlarını deyib.