Jurnalistlər İspaniyada ABŞ prezidenti Donald Trampa bənzəyən qadın tapıblar.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Dolores Leys Antelo adlı qadın yalnız görünüşcə deyil, saç düzümü və rəngi ilə də prezidentin oxşarıdır. Doloresin baxışı, gülüşü və üz ifadəsi də Trampla eynidir. İspan jurnallarının birində fotosu dərc olunan Antelo dərhal dünya gündəminə çevrilib.Qadın isə özünün məşhurluğundan xəbərsizdir. Çüni Dolores heç bir sosial şəbəkədən, ümumiyyətlə internetdən istifadə etməyən sadə kəndlidir.
