Türkiyə uzaq mənzilli raket istehsal edəcək

Türkiyə uzaq mənzilli raket istehsal edəcək backend

Canikli: "Yaxın günlərdə raketlə bağlı daha ətraflı məlumat veriləcək"

“Bora-2 üçün işə başlanıb. Ətraflı məlumat versəm Kılıçdaroğlunu da, seçkini də yaddan çıxaracaqsınız.”

Real TV xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli yerli “Akşam” qəzetinə verdiyi müsahibədə bildirib.

Canikli, ötən il test mərhələsini uğurla başa vuran 280 km mənzilli Bora-1 raketinin Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edildiyini bildirib. Nazir daha uzaq mənzilli Bora-2 raketinin hazırlanması üçün işə başladıldığını, qarşıdakı günlərdə bu barədə ətraflı məlumat veriləcəyini deyib.

Nazir həmçinin, raketlərdə istiqaməti təyin edən GPS və ANS cihazları istisna olmaqla bütün vasitələrin yerli istehsalı olduğunu qeyd edib.

“ABŞ-dan idxal etdiyimiz bu iki cihazı da 2019-cu ildə özümüz istehsal edəcəyik” – deyə Nurəddin Canikli vurğulayıb.