Ermənistanın siyasi rəhbərliyi Rusiya ilə məsləhətləşmələr aparır

Ermənistanın siyasi rəhbərliyi Rusiya ilə məsləhətləşmələr aparır backend

Ermənistanda baş nazirin birinci müavini səlahiyyətlərini icra edən Armen Qevorkyan məslətəhləşmələr üçün Moskvaya səfər edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məsləhətləşmələr yekunlaşdıqdan sonra Qevorkyan Yerevana qayıdacaq.

“Baş nazirin 1-ci müavini səlahiyyətlərini icra edən Armen Qevorkyan bu gün səhər Moskvaya səfər edib. O, Moskvada məsləhətləşmələr apardıqdan sonra axşam Yerevana dönəcək”.

Qeyd edək ki, Ermənistanın yeni baş nazirinin adı mayın 1-də məlum olacaq.