Rusiya Türkiyəyə verəcəyi S-400 raketlərinin istehsalına başladı

Rusiya Türkiyəyə verəcəyi S-400 raketlərinin istehsalına başladı backend

Rusiya Türkiyəyə verəcəyi S-400 raketlərinin istehsalına başladığını bəyan edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Rusiya dövlət silah ixracat şirkəti "Rosoboroneksport"un direktoru Aleksandr Mixeyev Türkiyəyə ixrac edəcəkləri S-400 raket müdafiə sistemlərinin istehsalına başladıqlarını söyləyib.

Sözləşmənin tətbiqinə başlanıldığını qeyd edən Mixeyev: "İstehsal başladı.
Bu nöqtədə bəzi proseslər, mərhələlər var. Hər şey danışılıb, öhdəmizə düşənləri yerinə yetirəcəyik" - deyə açıqlamasında bildirib.