İrəvanda yenidən etiraz aksiyaları başladı (CANLI YAYIM)

İrəvanda yenidən etiraz aksiyaları başladı (CANLI YAYIM) backend

Nikol Paşinyan müvəqqəti baş nazirin qarşısında şərtlər qoydu

İrəvanın mərkəzində yenidən etiraz aksiyası keçirilir.

Real TV xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Bildirilir ki, nümayişçilər Respublika meydanına toplaşırlar.

Müxalifət lideri Nikol Paşinyan tələb edir ki, baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyan müxalifətin şərtləri çərçivəsində danışıqlara başlasın: yeni müvəqqəti hökumət təyin edilsin, hakim Respublika partiyasında heç kim təmsil olunmasın və növbədənkənar parlament seçkiləri keçirilsin.