Afrində türk əsgərini görüncə silahları buraxıb qacan YPG-li terrorçular Menbiç əməliyyatına qarşı hazırlanır.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Suriyanın şimalında İŞİD ilə mübarizə bəhanəsiylə silahlandırılan YPG-li terrorçular təlimlər keçməyə başlayıblar.Menbiçə gedən amerikalı komandirlər tərəfindən təlim keçirilən terrorçular üçün buraxılış mərasimləri də keçirilir.
Həmin bölgədə tikilən məktəbi əsgərlər üçün bazaya çevirən amerikalılar təlimləri burada keçməyə başlayıblar.
Suriyadakı İŞİD varlığının yüzdə doxsan doqquzunun bitirilməsinə baxmayaraq YPG-li terrorçulara təlimlərin keçirilməsi Türkiyənin Menbiç əməliyyatına qarşı hazırlıq kimi şərh olunur.
