İrəvan Dövlət Universitetinin (İDU) tələbləri etiraz aksiyalarına başlayıblar.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, tələbələr İDU-nun əsas korpusunun qarşısında toplaşıblar.Tələbələr “müəllim, sən də qoşul” şüarları səsləndiriblər. Məlumata əsasən hazırda Baqramyan prospekti, Orbeli küçəsi, Açapnyak rayonunda aksiyalar keçirilir.
Qeyd edək ki, aprelin 13-dən başlayaraq Ermənistanda Serj Sarkisyanın baş nazir olmasına qarşı etiraz aksiyaları keçirilir.