Erməni müğənni xalq artisti adından imtina edib müxalifətin tərəfinə keçdi

Erməni müğənni xalq artisti adından imtina edib müxalifətin tərəfinə keçdi backend

Ermənistandakı böhran bütün sahələrə təsirini göstərib.

Artıq ölkənin mədəniyyət adamları da müxalifətə birmənalı dəstək verir. Erməni əsilli müğənni Şarl Aznavurun İrəvanın mərkəzi meydanındakı aksiyaçılara dəstək verməsindən sonra Ermənistanın daha bir tanınmış müğənnisi hakimiyyət əleyhinə sərt addım atıb. Erna Yüzbaşyan Ermənistanın xalq artisti adından imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində yazıb. Yüzbaşyan yazıb ki, “mənim ölkəmin xoşbəxtliyi və çiçəklənməsi bütün orden və medallardan üstündür. Mən xalq artisti adından imtina edirəm”.