Ermənistan polisi müxalifətin dinc aksiyalarına qarşı müdaxiləyə başlayıb.
Axar.az xəbər verir ki, Erebuni rayonu ərazisində nümayişçilərin qarşısı kəsilib və aksiyalara rəhbərlik edən Nikol Paşinyan saxlanılıb.Paşinyanın saxlanması zamanı xüsusi vasitələr tətbiq olunub.
Paşinyanın ardında aksiyalara başçılıq edən Mikayılyan da saxlanılıb.
Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib.
***
Polis etirazçıların üzərinə irəliləməyə başlayıb. Etirazçılara Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan da qoşulub.
Polisin dinc etirazçılara müdaxilə etməsi nəticəsində bir neçə nəfər yaralanıb.
Məlumata görə, polis etirazçılara qarşı səs bombalarından istifadə edib. Xəsarət alan etirazçılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb.
Qeyd edək ki, cəmi bir neçə saat əvvəl Paşinyanla baş nazir Serj Sərkisyan arasında İrəvanın "Marriot" otelində keçirilən görüş nəticəsiz başa çatmışdı.