Baş verən hadisələrlə bağlı Krallığın Daxili İşlər Nazirliyi də məlumat yayıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəgecə saatlarında partlayış və atışma olub.Hadisə Kral sarayı yaxınlığında qeydə alınıb. Bildirilir ki, kral Salman ibn Əbdül Əziz əs-Səud vaxtında paytaxtda yerləşən hərbi bazanın bunkerinə təxliyyə edilib.
Daha sonra isə məlumat yayılıb ki, paytaxt Ər-Riyadda dövlət çevrilişinə cəhd həyata keçirilib. Bu barədə isə öz mənbələrinə istinadən "Associated Press" məlumat yayıb.
Bildirilir ki, çevriliş cəhdinə ölkənin quru qoşunlarının rəhbəri general Alukas Neplis başçılıq edib.
Baş verən hadisələrlə bağlı Krallığın Daxili İşlər Nazirliyi də məlumat yayıb.
Nazirliyin nümayəndələri məlumat yayıb ki, hərbi çevirilişə cəhd olmayıb, kral sarayının üzərində kiçik dron vurulub.
Dron ölkə paytaxtı məkanına qanunsuz daxil olduğu üçün vurulub.
Hadisə baş verən zaman kralın sarayda olmadığı bildirilir.