102 konqresmen Trampa saxta “soyqırım”la bağlı müraciət etdi

102 konqresmen Trampa saxta “soyqırım”la bağlı müraciət etdi backend

ABŞ Konqresinin 102 üzvü prezident Donald Trampa müraciət edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, konqresmenlər ABŞ prezidentini qondarma “erməni soyqırımı”nı tanımağa çağırıblar.

Amerika Erməniləri Milli Komitəsinin məlumatına görə, məktubu Konqresin erməni məsələləri üzrə komitəsinin həmsədrləri Frenk Pallone, Djek Spier, Devid Trot, Devid valdado, həmçinin Adam Şiff və Qus Bilirakis kimi ermənipərəstlər də imzalayıb. Beləliklə, erməni lobbisi hər il 24 aprel ərəfəsində olduğu kimi, bu il də ABŞ prezidentinə saxta “soyqırmı” tanımaq üçün xitab ediblər. Ancaq çətin ki, ABŞ hökuməti Türkiyə ilə münasibətlərə sarsıdıcı zərbə vura biləcək addıma getsin.