ABŞ Yunanıstanda nüvə silahı yerləşdirib – Şok

ABŞ Yunanıstanda nüvə silahı yerləşdirib – Şok backend

ABŞ Yunanıstanda nüvə silahı yerləşdirib.

Axar.az xəbər verir ki, bunu “Antenna” televiziyasına müsahibəsində Yunanıstan Kommunist Partiyasının lideri Dmitris Kutsumbas deyib.

“Amerikalılar silahlarını Araksos bazasında qoruyurlar. Bundan başqa amerikalılar pilotsuz uçan aparatlarını Larisa şəhərində, vertolyotlarını Aleksandrupolisdə yerləşdiriblər. NATO qüvvələri isə Egey dənizinin sahilində qaçqınlarla mübarizə adı altında özlərinə yer ediblər. Hökumət bütün Yunanıstanı NATO bazaları ilə doldurub”, – deyə o bildirib.