Fransa Əsədə verdiyi "Şərəf Nişanı"nı geri alır

Fransa Əsədə verdiyi "Şərəf Nişanı"nı geri alır backend

Fransa Bəşər Əsədə 2001-ci ildə verdiyi ən yüksək dərəcəli "Böyük Xaç Şərəf Nişanı"nı geri alma proseduruna başlayıb.

Qaziler.az bildirir ki, Yelisey Sarayı atası Hafiz Əsədin yerini almasından dərhal sonra - 2001-ci ilində Fransa prezidenti Jak Şirak tərəfindən Bəşər Əsədə verilən "Böyük Xaç Şərəf Nişanı"nı geri alma işləmlərinə başladığını bəyan edib.

Qeyd edək ki, Napoleon Bonapart tərəfindən 1802-ci ildə təsis edilən və Fransanın ən prestijli nişanı sayılan Legion Ordeni beş ayrı dərəcəyə malikdir. Onlardan ən yüksəyi "Böyük Xaç Şərəf Nişanı"dır.