İrəvan küçələrinə tank və başqa zirehli texnikalar yeridilib - FOTO

İrəvan küçələrinə tank və başqa zirehli texnikalar yeridilib - FOTO backend

Ermənistanda vəziyyət kritik həddə çatıb

Ermənistanın paytaxtı İrəvan şəhərində xalqın kütləvi etirazları davam edir.

Real TV “news.am” saytına istinadən xəbər verir ki, etirazçılar İrəvanın mərkəzi küçələrini bağlayırlar.

Polisin müdaxiləsinə baxmayaraq, aksiya iştirakçıları mitinqi davam etdirəcəklərini bildiriblər.

Bununla da, aprelin 17-dən başlayaraq hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mütinq iştirakçıları arasında toqquşma yaranıb.

Nəticədə 30 nəfərdən çox aksiya iştirakçısı saxlanılıb. İrəvanın Baqramyan prospektinə tank və başqa zirehli texnika yeridilib, digər küçələr isə tikanlı məftillərlə bağlanıb.

Ermənistan KİV-ləri xəbər verir ki, prospektə xüsusi təyinatlı polis dəstələri, döyüş maşınları, suvuran avtomobillər yerləşdirilib.

Hadisə yerinə 50-60 avtobus polis gətirilib.

Qəzəbli kütlə polisə qarşı daha da aqressivlik nümayiş etidirblər. Hətta bəziləri küçənin ortasında xalça sərərək uzanıblar.

Qeyd edək ki, aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir.