Suriyadakı hücuma dair məlumatımız yoxdur
İsrail Müdafiə Ordusunun Suriyada aviabazaya hücuma dair məlumatı yoxdur.Real TV TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər. Verilən məlumata görə, Suriyadakı hücuma dair heç bir məlumatımız yoxdur.
Qeyd edək ki, bu gecə Suriya yenə də raket hücumlarına məruz qalıb. Suriyanın Hüms əyalətindəki “Şayrat” aviabazası və Dəməşqdən 50 km şimalda yerləşən Dümeyr aerodromuna raket zərbələri endirilib. Verilən məlumata görə, Suriyanın havadan müdafiə sistemləri Hüms ətrafında “Şayrat” aviabazasına atılan 9 raketi vurub. Zərbələr nəticəsində ölən və yaralanan olmayıb.