İrəvanda etirazçı müxalifət parlament binasını blokadaya almaq istəyir.
AzVision.az erməni KİV-lərinə istindən xəbər verir ki, “Yelk” fraksiyasının lideri, deputat Nikol Paşinyan "Fransa" meydanında toplaşan etirazçıları parlamentin binası istiqamətində bütün yolları bağlamağa çağırıb.Paşinyan aksiyanın daha irimiqyaslı şəkildə keçirilməsini istəyir.
Qeyd edək ki, 17 aprel saat 12:00-da Ermənistan parlamenti Serj Sarkisyanın baş nazir postuna seçilməsi müzakirə edərək, daha sonra səs verməyə çıxarılacaq.
Paşinyan isə bu gün keçiriləcək “Küçəni bağla” aksiyasında Sarkisyanın baş nazir olmasına mane olmaq üçün aksiyaların daha geniş ərazini əhatə etməsinə qərar verib. O, erməni xalqını küçələrə çıxaraq etirazçılara qoşulmağa çağırıb.
Ötən gün İrəvanda baş verən aksiyalar zamanı xəsarət alanlar arasında jurnalistlər də var. Bundan əlavə yolları bağladığı üçün etiraçılarla sürücülər arasında tez-tez mübahisələr baş verib.