ABŞ Suriyadan 3 şərtlə çıxa bilər - Trampın planı açıqlandı

ABŞ Suriyadan 3 şərtlə çıxa bilər - Trampın planı açıqlandı backend

“Hədəf hərbi birliklərimizin evə qayıtmasıdır. Amma ABŞ Suriyadan üç məsələyə nail olmadan çıxmayacaq”

Qaziler.az AzVision.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Halley “CBS” televiziyasına açıqlamasında deyib.

“Birinci kimyəvi silahdan istifadəyə icazə verə bilmərik. Bunun baş verməməsi üçün mübarizə aparacağıq. İkinci, İŞİD-in tamamilə məğlub edilməsi lazımdır. Üçüncü, İranın bölgəyə hakim olmadığından əmin olmalıyıq”, - Halley bildirib.

N.Halley qeyd edib ki, ABŞ mövcud şəraitdə Suriya rejimi ilə əsla birbaşa təmas qurmayacaq.