Liviya Milli Ordusunun komandanı Xəlifə Xaftar Fransanın paytaxtı Parisdə vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə RİA Tripolidəki mənbələrə istinadən məlumat yayıb.Liviya Milli Ordusunun rəsmi nümayəndəsi Əhməd əl-Mismari ordunun komandanı Xəlifə Xaftarın ölüm xəbərini təkzib edib.
O, Xaftarın insultdan müalicə olunduğunu qeyd edib.
Xəlifə Xaftar 1943-cü ildə anadan olub. Xaftar əvvəllər Müəmmər Qəzzafinin tərəfdarı olub. Ancaq dövlət çevrilişinə cəhddə ittiham olunduğu və barəsində ölüm hökmü çıxarıldığı üçün marşal 1980-ci ildə ABŞ-a qaçıb.