Tramp və müttəfiqləri Suriyadakı kimyəvi hücumlarla bağlı iddiaları araşdırmaq üçün deyil, Suriyadakı S-400 imkanlarını dəyərləndirmək üçün hələlik fasilə verib.
Qaziler.azxəbər verir ki, bu barədə Sputnik-in yaydığı məqalədə deyilib.Məqalədə bildirilib ki, Suriyadakı S-400 sistemləri Qərbdəki müharibə tərəfdaflarının mənfur planlarını puç edə bilər:
“Qərb S-400 Suriyada olduğu müddətdə təyyarələri istifadə etməməyin daha yaxşı nəticəsinin olacağı qənaətinə gəlib. Qərbin təyyarələri rus raket sistemlərinin rahat şəkildə ovuna çevrilə bilər”.
Yazıda bildirilib ki, Qərb qarmaqarışıq durumdadır və Moskvanın addımlarını öncədən proqnoz edə bilmir.
Qeyd edək ki, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Dumadakı kimyəvi hücumları araşdırmaq üçün fasilə elan etdiyi bildirilib.