“ABŞ xarici təcavüzə qarşı ərəb müttəfiqlərini müdafiə etməyə hazırdır”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Barak Obama çıxış edib. Fars körfəzi Ərəb ölkələrinin Əməkdaşlıq Şurasının liderləri ilə görüşən Obama ABŞ-ın verdiyi sözlərə əməl etdiyini bildirib:“Əgər ərəb müttəfiqlərimizdən hər hansı birinin ərazi bütövlüyünə qarşı təhlükə olarsa, onları müdafiə etməyə hazırıq. Bunu bilin ki, ABŞ verdiyi sözlərə əməl edir”.
Ötən gün ABŞ-da Fars körfəzi Ərəb ölkələrinin Əməkdaşlıq Şurasının liderlərinin iştirakı ilə Kemp Devid sammiti keçirilib.
Xatırladaq ki, Ukrayna nüvə silahından imtina edərkən, onun təhlükəsizliyinə və ərazi bütövlüyünə zəmanəti ABŞ, AB və Rusiya verib.