Baltik dənizi səmasında Rusiyanın “Ka-29” hərbi helikopteri itkin düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.Helikopterin göyərtəsində iki ekipaj üzvü olub. Helikopterlə rabitə əlaqəsi kəsilib.
Hazırda axtarış-əməliyyat tədbirləri keçirilir.
Hadisənin səbəbi araşdırılır.