Angela Merkel: Almaniya Suriyaya mümkün hücumda iştirak etməyəcək

Angela Merkel: Almaniya Suriyaya mümkün hücumda iştirak etməyəcək backend

AFR kansleri Angela Merkel bildirib ki, Suriya ərazisində mümkün hərbi aksiyada Almaniya iştirak etməyəcək.

Virtualaz.org “Russia Today”ə istinadən xəbər verir ki, Merkel bununla əlaqədar deyib: “Almaniya burada hərbi iştirak etməyəcək”.

O, həmçinin Suriyanın güman edilən kimyəvi hücumu ilə bağlı Qərb ölkələrinin əlaqəli hərəkət etmələrinin zəruriliyini diqqətə çatdırıb.