İranın Sistan və Bəlucistan ostanına bağlı Çabehar sahil şəhərində 5,3 bal gücündə zəlzələ baş verib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, Tehran Universiteti nəzdində Geofizika İnstitutunun Seysmoloji Mərkəzi yeraltı təkanların Çabehar şəhərinin 10 kilometr dərinliyində meydana gəldiyini açıqlayıb.Zəlzələ nəticəsində dağıntı və itki olmadığı bildirilir.
Xatırladaq ki, keçən həftə ölkənin Rəzəvi Xorasan ostanının Kaşmər şəhərində baş verən 5,2 ballıq zəlzələdə 35 nəfər yaralanmışdı.