Şotlandiya Milli Partiyası Kameronun icazəsi olmasa da, yeni referendum keçirməyə hazırlaşır.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Qardian” qəzeti yayıb.Qəzetin məlumatın görə, şotlandların əksəriyyətinin müstəqillik haqqında fikirlərini bilən partiya referendum üçün Londonun icazəsini almaq niyyətində deyil. Bundan başqa partiya Avropa Birliyindən çıxmaq istədiklərini və bunun üçün Londona təzyiq etməyə hazır olduqlarını da bildirib.
Qeyd edək ki, bir müddət öncə yenidən Böyük Britaniyanın Baş naziri seçilən Devid Kameron Şotlandiyada bir daha müstəqilliklə bağlı referendum keçirilməsinə icazə verməyəcəyini söyləmişdi.