İordaniya Səddam Hüseynin qızı Rağad Hüseyni İraqa verməkdən imtina edib.
Axar.az xəbər verir ki, “Əl-Ərəbi əl-Cədi” qəzeti rəsmi Əmmanın eks-liderin qızının İraqa verilməsi üçün heç bir əsas olmadığını açıqladığını yazıb.Qeyd edək ki, İraq Rağad Hüseyni İŞİD-lə əlaqələrdə ittiham edir. Rəsmi Bağdadın iddiasına görə, məhz onun istəyi ilə İŞİD İraq ordusunun Speyçer düşərgəsinə hücum edib və burada 1700 şiə və qeyri-müsəlman kursantı qətlə yetirib.