Rusiyadan şok açıqlama: ABŞ Suriyaya raket atsa, dərhal...

Rusiyadan şok açıqlama: ABŞ Suriyaya raket atsa, dərhal... backend

ABŞ-ın Suriyaya atacağı raketlər dərhal vurulacaq.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Livandakı səfiri Aleksandr Zaspikin Hizbullaha yaxınlığı ilə tanınan “Manar” kanalına deyib.

Səfir bununla bağlı hazırlıq görüldüyünü, atılan raketləri zərərsizləşdirəcəklərini bildirib.

Qeyd edək ki, Şərqi Qutanın Duma ərazisinə kimyəvi silahla edilən hücum zamanı 80 nəfər həlak olub. Bundan sonra ABŞ-ın Suriyaya cavab zərbəsi endirəcəyi ilə bağlı iddialar səsləndirilib.

Bunun ardınca Rusiyanın Suriyada yerləşdirdiyi S-400-lər tam döyüş hazırlığına gətirilib.