Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənin Taiz şəhərinə endirdiyi yanlış aviazərbələr nəticəsində 3 dinc sakin ölüb.
Axar.az xəbər verir ki, bu barədə Yəmən Xalq Müqavimət Qüvvələrinin məlumatında deyilib.“Taiz şəhərinin Hadir mahalının Zəfər kəndində Sadiq əl-Bəxişi adlı vətəndaşa məxsus ev yanlışlıqla bombardman edilib. Hadisə nəticəsində Sadiq əl-Bəxişi, oğlu və digər vətəndaş ölüb. Koalisiya olayla bağlı heç bir məlumat verməyib”, - deyə bildirilib.