Rusiya qırıcılarının Aralıq dənizində ABŞ-ın “Donald Kuk” gəmisinə yaxınlaşması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Axar.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Erix Pahon deyib.“Yayılan məlumatlar doğru deyil. Bu kimi xəbərlər internetdə yayılan dedi-qodulardır”, - deyə sözçü bildirib.
Qeyd edək ki, dünən “Donald Kuk” esminesinin Kiprdən Suriya sahillərinə yaxınlaşması və Rusiya qırıcılarının 4 dəfə gəmi üzərində uçuş etməsi barədə məlumatlar yayılmışdı.