İsrailin Rusiyadakı səfiri XİN-ə çağrılıb

İsrailin Rusiyadakı səfiri XİN-ə çağrılıb backend

İsrailin Rusiyadakı səfiri Hari Koren Xarici İşlər Nazirliyinə çağrılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

Onun sözlərinə görə, səfirlə bu gün keçiriləcək görüşdə bütün aktual məsələlər, o cümlədən Suriyanın hərbi bazasının bombalanması məsələsi müzakirə olunacaq.

Bununla yanaşı, diplomat deyib ki, Moskva ABŞ-ın Suriyaya zərbələrin ağır fəsadları barədə bəyanatlarının nəzərə alacağına ümid edir.

Onun sözlərinə görə, Suriyada Rusiya ilə ABŞ arasında hərbi qarşıdurma təhlükəsi yoxdur.